- Offside
- 22:48 26.11.2024
Mayın 27-də stolüstü tennis üzrə “Top-8” turniri keçiriləcək.
Federasiyanın mətbuat xidmətindən Corner.az-a verilən məlumata görə, 28 may - Müstəqillik Gününə həsr olunan ənənəvi yarışda ölkə çempionatında ilk 8 yeri tutan idmançılar bacarıqlarını göstərəcəklər.
“Şüa” İdman Kompleksində keçiriləcək turnir şəxsi xarakter daşıyır.
Kişilərin mübarizəsində Emin Məmmədov, Adil Əhmədzadə, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Hüseyn Eylazov, Xəyal Həşimli, İbrahim Ansari, Əliverdi Şahgəldiyev qüvvəsini sınayacaq.
Qadın tennisçilərdən isə, Rüfət Əliyeva, Məryəm İmanova, Nəzakət Qarayeva, Mərziyə Nürmətova, Ləman Abdulhəmidova, Zemfira Mikayılova, Aliyə Haşımova və Billurə Eminova qələbə qazanmağa çalışacaq.
Dairəvi sistem üzrə 2 yarımqrupda keçiriləcək yarışın qrup qalibləri ilə ikinci yerin sahibləri yarımfinala yüksələcəklər.
Stolüstü tennisçilərin idman ustalığını artıqmaq, qarşıdakı beynəlxalq yarışlara hazırlıq və bu idman növünün təbliği məqsədi ilə keçirilən turnirin qaliblərinə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom və hədiyyələri təqdim olunacaq