Braziliyanın “Fluminense” klubunun hücumçusu Fred yayda karyerasını bitirəcəyini açıqlayıb. Corner.az Braziliya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı futbolçunun gözlərində problemlər olduğuna görə karyerasını başa vurmaq niyyətindədir.
Lakin klub rəhbərliyi braziliyalıdan bu qərarın komandanın yubiley gününə qədər təxirə salınmasını xahiş edib. İyulun 21-də “Fluminense”nin 120 yaşı tamam olacaq.
Fred Braziliya millisinin heyətində 39 oyun keçirib və 18 qola imza atıb. O, milli komanda ilə 2013-cü ildə Konfederasiyalar Kubokunu qazanıb.