- Offside
- 22:48 26.11.2024
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə 17 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatının 1/4 final oyununa təyinat alıb.
Corner.az-ın məlumatına görə, o, mayın 26-da Danimarka və Serbiya yığmaları arasında keçiriləcək qarşılaşmada UEFA nümayəndəsi olacaq.
Hacı-Məhərrəmov daha əvvəl A qrupunda Almaniya - Lüksemburq, B qrupunda Fransa - Polşa və D qrupunda Şotlandiya - Portuqaliya qarşılaşmalarında analoji vəzifəni yerinə yetirib.
Qeyd edək ki, Avropa çempionatı iyunun 1-də başa çatacaq.