2023-cü ildə keçiriləcək karate üzrə Avropa çempionatına ev sahibliyi edəcək ölkənin adı açıqlanıb. Corner.az xəbər verir ki, yarışın İspaniyanın Qvadalaxara şəhərində təşkili qərara alınıb.
Bu barədə qərar qurumun Türkiyənin Qaziantep şəhərindəki keçirilən Konqresində qəbul edilib. Toplantıya EKF-in İcraiyyə komitəsinin üzvü və Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov da qatılıb.
Bu gün Qaziantepdə Avropa çempionatına start verilib.