10 iyul 2026. Cümə

Ukrayna Futbol Assosiasiyası Rusiyadan təzminat tələb edəcək


  • Offside
  • 10:49 26.05.2022
  • Oxunma sayı: 122
Ukrayna Futbol Assosiasiyası Rusiyadan təzminat tələb edəcək
Ukrayna Futbol Assosiasiyası Rusiyanın hərbi müdaxiləsi nəticəsində dağıdılmış idman infrastrukturuna görə təzminat tələb edəcək. Corner.az xəbər verir ki, bu barədə federasiya prezidenti Andrey Pavelko qurumun rəsmi saytına açıqlamasında bildirib.
 
O, ölkənin futbol həyatına dəymiş ziyanla bağlı Rusiyaya qarşı hüquqi iddianın hazırlandığını bildirib:
 
“Əminəm ki, beynəlxalq hüquq və audit tərəfdaşlarımızla razılaşma əldə edəcəyik. Təklif olunan hüquqi platforma müharibənin bizə vurduğu zərərin əvəzini beynəlxalq məhkəmələrdə müdafiə etməyə imkan verəcək”.






Offside