Rusiya Futbol İttifaqının (RFİ) fəxri prezidenti, FİFA-nın keçmiş vitse-prezidenti Vyaçeslav Koloskov UEFA prezidenti Aleksander Çeferinin Rusiya klublarının yaxın gələcəkdə avrokuboklara qayıtmaya biləcəyi ilə bağlı sözlərinə reaksiya verib. Corner.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Koloskov, Çeferinin belə sözlər dediyinə inanmadığını bildirib:
“Çeferinin belə sözlər deyə biləcəyinə inanmıram. Mən onu kifayət qədər yaxşı tanıyıram. O, vicdanlı bir insandır. Çeferin sözünə sadiq biridir. Belə söz deməsi mümkün ola bilməz. Mən sadəcə buna inanmaq istəmirəm. Çeferin bu yaxınlarda ürəyinin ağrıdığını söyləmişdi. O, Rusiyadan olan idmançılar əziyyət çəkməsin istəmədiyini bildirmişdi. Mən buna inanıram”.
Mayın 2-də UEFA İcraiyyə Komitəsi Rusiya klublarının və milli komandalarının 2022/23 mövsümü üçün qurumun himayəsi altında keçirilən beynəlxalq turnirlərdə iştirakını dayandırıb.