FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov Ukraynaya işgüzar səfərindən danışıb. Corner.az xəbər verir ki, o, Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Pavelko və baş katibi Yuri Zapisotski, həmçinin, ölkənin gənclər və idman naziri Vadim Qutsaytla görüşü zamanı onlara sülh və futbolun tezliklə dirçəlməsini arzulayıb:
“FİFA, UEFA və bir çox milli assosiasiya artıq 90 gündür Ukrayna xalqını fəal şəkildə dəstəkləyir. Ali futbol qurumu ölkəyə yardım göstərməkdə davam edirik. Belə çətin dövrdə təslim olmadığınız və futbolun inkişafını davam etdirdiyiniz üçün sağ olun. Əlbəttə, FİFA-nın Ukraynaya diqqət ayırması çox vacibdir, çünki biz ilk növbədə futbolu təbliğ edən təşkilatıq. Çox şadam ki, bu gün Ukraynanın paytaxtı Kiyevdəyəm. Ukraynalı həmkarlarımla söhbət etməkdən, paytaxtın və ölkənin bir çox başqa şəhərlərin əvvəlki aktiv həyata qayıtmasını öz gözlərimlə görməkdən məmnunam. Ukrayna futbolu nümunəvidir. 20 yaşadək futbolçulardan ibarət komandanızın dünya çempionluğunu qazanması böyük nailiyyətdir".