30 oktyabr 2024. Çərşənbə

Millimizin təlim-məşq toplanışının vaxtı açıqlandı


  • Offside
  • 12:50 27.05.2022
  • Oxunma sayı: 103
Millimizin təlim-məşq toplanışının vaxtı açıqlandı
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışının vaxtı dəqiqləşib. Corner.az xəbər verir ki, hazırlığa startla bağlı yığmanın baş məşqçisi Eldar Yusubov və komanda üzvləri ilə keçirilən iclasdan sonra mayın 30-da bir araya gəlmək barədə qərar qəbul edilib.
 
Yığıncaqda 5-ci İslam Həmrəyliyi Oyunlarına, eləcə də  AÇ-2023-ün təsnifat mərhələsinə hazırlıq planı dinlənib və oyunçuların hazırkı vəziyyətindən danışılıb.
 
Eldar Yusubov bildirib ki, komandanın hazırlığı iki mərhələdən ibarət olacaq. İlkin mərhələ Bakıda və bölgələrimizdə, ikinci mərhələ isə ölkə xaricində keçiriləcək. Paytaxtda təşkil olunacaq hazırlıq “Murov” Voleybol Klubunun, Azərbaycan Voleybol Federasiyasının idman zallarında və Bakı Su İdmanı Sarayında baş tutacaq.
 
Daha sonra məşqçilər, həkimlər və voleybolçular komandanın lazımı formanı yığması üçün öz fikirlərini bildiriblər. 
 
Qeyd edək ki, voleybolçularımız AÇ-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. İslam Həmrəyliyi Oyunlarında isə komandamızın rəqibləri hələlik məlum deyil. 






Offside