19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstanla yoxlama oyunları keçirəcək. Corner.az xəbər verir ki, görüşlər iyunun 7-də və 10-da Qəbələdə baş tutacaq.
Rəqib komandanın baş məşqçisi Vahid Məsudov təlim-məşq toplanışı və qarşıdakı matçlar üçün 19 futbolçuya dəvət göndərib.