28 noyabr 2024. Cümə axşamı

AFFA İcraiyyə Komitəsinin gündəliyini açıqladı


  • Offside
  • 15:40 28.05.2022
  • Oxunma sayı: 104
AFFA İcraiyyə Komitəsinin gündəliyini açıqladı
Mayın 31-də, saat 17:00-da, “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Corner.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
 
İclasın Gündəliyinə daxil olunan məsələləri diqqətinizə çatdırırıq:
 
1. AFFA-nın Yoxlama və Təftiş Komitəsinin Əsasnaməsinin müzakirəsi
 
2. AFFA-nın Lisenziya Komissiyasının müvafiq qərarına uyğun olaraq, “Turan Tovuz” və “Kəpəz” klublarının 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış etməsinin təsdiqi
 
3. 2022/2023-cü il mövsümündə Azərbaycan Premyer Liqasında legioner limitinin və əvəzetmə sayının müzakirəsi
 
4. İntizam Komitəsində vakant olan üzv vəzifəsinə yeni üzvün təsdiqi
 
5. Müvafiq komissiyanın təqdimatı əsasında futbol veteranlarına AFFA-nın təqaüdünün verilməsi
 
6. Digər məsələlər






Offside