- Offside
- 22:48 26.11.2024
"FIFA adından pandemiya zamanı sıx əməkdaşlığa görə Aleksandr Dyukova və Rusiya Futbol İttifaqının (RFS) əməkdaşlarına təşəkkürümü bildirmək istərdim".
Corner.az-ın məlumatına görə, bunu FIFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov RFS-in Konfransında deyib.
Məmmədov son 2 ilin dünya futbolu üçün asan keçmədiyini vurğulayıb: "Pandemiya dünyaya böyük təsir göstərdi. Amma siz futbolu geri qaytara bildiniz. Mövcud vəziyyəti nəzərə alaraq, FIFA adından hazırkı problemin də tezliklə həllini arzulayıram. Ümid edirəm ki, yaxın gələcəkdə Rusiya futbolunu beynəlxalq arenada görəcəyik".
Qeyd edək ki, FIFA və UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən turnirlərdən kənarlaşdırıb.