- Offside
- 23:17 29.10.2024
Beynəlxalq Atıcılıq İdman Federasiyasının Bakıda keçirilən Dünya Kubokunda bu gün 10 metr məsafəyə tüfəng atıcılığı üzrə qarışıq komandaların final yarışları başa çatıb.
Corner.az xəbər verir ki, yarışda Koreya komandası Serbiya komandasını 16:10 hesabı ilə məğlub edərək, qızıl medal qazanıb. Bürünc medal sahibləri Koreya və Polşa komandaları olub.
Qardaş Türkiyə komandası bu yarışda bürünc medal qazanıb. Digər bürünc medala Serbiya komandası yiyələnib. Yarışın qızıl medalçısı 14:6 hesabı ilə Ukrayna komandası üzərində qələbə qazanan Yunanıstan komandası olub. Ukrayna isə gümüş medala sahib çıxıb.
Bu gün stend atıcılığının səngər növü üzrə də qadın və kişilər arasında final yarışları keçiriləcək.
Atıcılıq üzrə Dünya Kuboku Bakıda mayın 28-də start götürüb. Yarışlar iyunun 7-dək davam edəcək.