"Bakı Atıcılıq Mərkəzi dünya standartlarına cavab verən müasir arenadır".
Corner.az xəbər verir ki, bu sözləri Almaniya Federativ Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq Bakıda keçirilən atıcılıq üzrə dünya kuboku yarışı zamanı jurnalistlərə müsahibəsində bildirib.
Səfir qeyd edib ki, Almaniyanı dünya kuboku yarışında təmsil edən idmançılarla görüşdüm. Almaniyalı idmançılar Bakı Atıcılıq Mərkəzində yaradılan şəraiti yüksək qiymətləndirdilər. Arenanı çox bəyənirlər. Mərkəzdə idmançılar üçün hər cür şərait yaradılıb.
Qeyd edək ki, Atıcılıq üzrə Dünya Kuboku Bakıda mayın 28-də start götürüb. Yarışlar iyunun 7-dək davam edəcək.