- Offside
- 23:17 29.10.2024
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə 17 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatının final oyununa təyinat alıb.
Corner.az-ın məlumatına görə, o, iyunun 1-də Fransa və Niderland yığmaları arasında keçiriləcək qarşılaşmada UEFA nümayəndəsi olacaq.
Hacı-Məhərrəmov daha əvvəl A qrupunda Almaniya - Lüksemburq, B qrupunda Fransa - Polşa, D qrupunda Şotlandiya - Portuqaliya, 1/4 finalda isə Danimarka - Serbiya qarşılaşmalarında analoji vəzifəni yerinə yetirib.
Qeyd edək ki, final görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.