28 noyabr 2024. Cümə axşamı

Koronavirus məndə çox ağır fəsadlar yaratdı


  • Offside
  • 22:15 31.05.2022
  • Oxunma sayı: 135
Koronavirus məndə çox ağır fəsadlar yaratdı
PSJ-nin hücumçusu Lionel Messi koronavirusdan necə əziyyət çəkdiyi haqda danışıb. Corner.az xəbər verir ki, 34 yaşlı futbolçu xəstəliyin onda ciddi fəsadlar yaratdığını deyib:
 
“Koronavirus mənə həqiqətən də çox pis təsir etdi. Temperatur, öskürək, boğaz ağrısı. Koronavirus məndə fəsadlar yaratdı, ciyərlərim zədələndi. Ağciyərim zədələndiyinə görə ay yarım qaça, məşq edə bilmədim. Qorxmadım, amma bununla bağlı o qədər hekayələr var idi ki, heç nəyə başlamaq belə həvəsi yox idi. Mən lazım olduğundan daha tez qayıtdım və vəziyyəti daha da pisləşdirdim”.
 
Argentina millisinin üzvü ötən mövsüm PSJ-də 34 oyunda 11 qol vurub və 14 məhsuldar ötürmə edib. 






Offside