28 noyabr 2024. Cümə axşamı

Deşam millinin düşərgəsini tərk etdi


  • Offside
  • 23:35 31.05.2022
  • Oxunma sayı: 93
Deşam millinin düşərgəsini tərk etdi

Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşama ağır itki üz verib.

Corner.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssisin atası dünyasını dəyişib. Bu üzdən Deşam UEFA Millətlər Liqasının iyunda keçiriləcək oyunlarına hazırlaşan komandanın düşərgəsindən ayrılıb.

Hazırda yığmanı müvəqqəti olaraq, onun köməkçisi Gi Stefan idarə edir.

Qeyd edək ki, Fransa millisi A Liqasında Danimarka, Xorvatiya və Avstriya seçmələri ilə eyni qrupda yer alıb.







Offside