28 noyabr 2024. Cümə axşamı

Yığma komandalarımız AÇ-na bölgələrdə hazırlaşır


  • Offside
  • 18:42 01.06.2022
  • Oxunma sayı: 121
Yığma komandalarımız AÇ-na bölgələrdə hazırlaşır
Güləş üzrə U-17 milli komandalarımız Avropa çempionatına hazırlaşır. Corner.az xəbər verir ki, həm sərbəst, həm yunan-Roma, həm də qızlardan ibarət yığmalarımız bölgələrdə təlim-məşq toplanışı keçir.
 
Yunan-Roma güləşçilərimiz mayın 18-dən Göygöl Olimpiya İdman Kompleksində məşqləri davam etdirir. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayevlə Elvin Mürsəliyevin rəhbərliyi altında 22 idmançı hazırlıq prosesində iştirak edir. Toplanış iyunun 5-dək davam edəcək.
 
Sərbəst güləş üzrə U-17 milli komandasının məşqçilər korpusu toplanışı 2 hissəyə bölüb. Mayın 15-dən 28-dək Xaçmaz Olimpiya İdman Kompleksində fiziki hazırlıq üzrə TMT keçən yığmamız sabahdan həmin məkanda taktiki-texniki çalışmalara start verəcək. Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında 22 sərbəst güləşçi iyunun 12-dək Xaçmazda məşqləri davam etdirəcək.
 
U-17 və U-20 yaş qrupu üzrə qızlardan ibarət millimiz Astaraya üz tutub. Mayın 29-dan Olimpiya İdman Kompleksində məskunlaşan komandamız böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında iyunun 11-dək Cənub bölgəsində hazırlıq keçəcək. Toplanışa 19 güləşçi cəlb olunub.
 
Qeyd edək ki, U-17 Avropa çempionatı iyunun 13-dən 19-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək






Offside