Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirinin əsas mərhələsində növbəti görüşlərini keçiriblər. Corner.az xəbər verir ki, Məmmədyarov yarışın ikinci günündə fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib.
Qara fiqurlarla oynayan 37 yaşlı qrossmeyster rəqibi ilə heç-heçə etsədə də, ikinci görüşündə məğlub olub.
Rəcəbov norveçli Aryan Tari ilə ağ fiqurlarla sülhə razılaşıb. Buna baxmayaraq təcrübəli şahmatçı ikinci qarşılaşmada Tariyə qalib gəlməyi bacarıb.
Hazırda Məmmədyarovun 2.5, Rəcəbovun isə 1.5 xalı var.
İyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronudur (451 000 manat).