"Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand Britaniya imperiyasının ordeni ilə təltif edilib. Corner.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, 43 yaşlı keçmiş futbolçu Böyük Britaniya kraliçası II Yelizavetanın ad günündə mükafatlandırdığı şəxslər siyahısında yer alıb.
Keçmiş ingilis futbolçu futbolda və xeyriyyəçiliyə xidmətlərinə görə “Zabit ordeni” alıb.
Ferdinand “Mançester Yunayted”də 455 oyun keçirib. 2012-ci ildə o, xeyriyyə fondu təsis edib. Fond 10 000-dən çox insana yardım edib.
“Liverpul”un futbolçusu Ceyms Milner də Britaniya imperiyasının ordeni ilə təltif edilib.