24 mart 2026. Çərşənbə axşamı

Benzemaya 1 illik həbs, 75 min avro cərimə


  • Offside
  • 15:54 04.06.2022
  • Oxunma sayı: 185
Benzemaya 1 illik həbs, 75 min avro cərimə
“Real”ın fransalı hücumçusu Kərim Benzema “Olimpiakos”un yarımmüdafiəçisi Matye Valbuenanı şantaj etməklə bağlı məhkəmə qərarı ilə razılaşıb. Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı hücumçuya 1 il şərti həbs və 75 min avro cərimə, o cümlədən 37 yaşlı futbolçuya mənəvi ziyana görə 80 min avro ödəməsi ilə bağlı məhkəmə qərarı çıxarılıb.
 
Benzema Fransa millisindəki keçmiş komanda yoldaşı Valbuenadan onun iştirakı ilə intim məzmunlu videoçəkiliş üçün pul tələb etməkdə ittiham olunub.
 
Benzema ilə yanaşı, daha dörd nəfər bu işə cəlb edilib, onlar üçün prokurorluq real şərtlər tələb edib.
 
Benzema Valbuenaya şantaj məsələsinə görə Fransa millisindən uzaqlaşdırılmış, yalnız 2021-ci ildə yığma komandaya qayıda bilmişdi.






Offside