“Turan Tovuz”un keçmiş futbolçusu, komandanın heyətində ölkə çempionu olmuş Eldar Bədəlov vəfat edib. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Əməkdar məşqçi və idman ustası 55 yaşında ölüb.
Mərhum futbolçu “Turan Tovuz”la yanaşı, “Neftçi”də də çıxış edib.