20 mart 2026. Cümə

Reytinq: “Şah”ın mövqeyi dəyişmədi


  • Offside
  • 11:05 01.05.2019
  • Oxunma sayı: 659
Reytinq: “Şah”ın mövqeyi dəyişmədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) may ayı üçün reytinq siyahısını açıqlayıb.

Corner.az qurumun saytına istinadən xəbər verir ki, aprel ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov mövqeyini qoruyub. O, 2781 xalla 5-cidir.

Siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 12-ci (2759), Arkadi Naydiç 58-ci (2682), Qədir Hüseynov (2664) isə 97-ci pillədə yer alıb.

Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə (2436) 40-cı, Xanım Balacayeva isə 92-ci (2373) pillədə qərarlaşıb.

Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2861) başçılıq edir. Fabiano Karuana  (ABŞ, 2816) ikinci, Liren Dinq (Çin, 2805) üçüncüdür.







Offside