28 noyabr 2024. Cümə axşamı

Şəhriyar bu gün çempion ola bilər - Teymurla Karlsen uduzsa...


  • Offside
  • 12:48 10.06.2022
  • Oxunma sayı: 130
Şəhriyar bu gün çempion ola bilər - Teymurla Karlsen uduzsa...
Şəhriyar Məmmədyarov bu gün Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirinin qalibi ola bilər. Corner.az xəbər verir ki, 37 yaşlı qrossmeyster yarışın sonuncu – 9-cu günündə həmyerlisi Teymur Rəcəbovla ağ fiqurlarla oynayacaq.
 
Məmmədyarov hazırda 14,5 xalla ikinci pillədə qərarlaşıb. 6,5 xalı olan Rəcəbov 9-cu sıradadır.
 
15 xala malik norveçli dünya çempionu Maqnus Karlsen liderdir. O, sonuncu görüşündə bolqarıstanlı Veselin Topalovla qara fiqurlarla mübarizə aparacaq.
 
Bu gün başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.






Offside