Şağan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə ilk U-15 Azərbaycan çempionatı keçirilib. Corner.az xəbər verir ki, Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan birinciliyin ilk günündə 38, 44, 52, 62 və 75 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparıb.
Yarışın 2-ci günündə sərbəst güləş üzrə son 5 çəkidə qaliblər müəyyənləşib.
Sərbəst güləşdə medalçılar arasında düşən idmançılar bunlardır:
38 kq
1. Məhərrəm Rzayev (Gəncə)
2. Kamal Əhmədov (Şirvan, Neftçi)
3. Rəşid Nazarov (ROİL), Ruslan Əlizadə (Lənkəran)
41 kq
1. Həsən Həsənov (Gəncə)
2. Cəfər Cəfərov (ROİL)
3. Elton Məmmədov (Gəncə), Abdullətif Musayev (Pəhləvan)
44 kq
1. Muhamməd İsmayılov (MOİK)
2. Hüseyn İsmayılov (Gəncə)
3. Rusif İspərov (Lənkəran), Elgün Məmmədov (Gəncə)
48 kq
1. Rəvan Rəhimli (Gəncə)
2. Seyhun Əlizadə (Lənkəran)
3. Rihat Cəfərov (Gəncə), İlqar Hüzüryani (Gəncə)
52 kq
1. Hüseyn Hüseynov (Pəhləvan)
2. Elcan İsmayılzadə (ROİL)
3. Mülkalı Bakdəmirov (Qobustan), Nicat Həsənov (Təhsil)
57 kq
1. Rəşad Veysəlov (Qəbələ)
2. Yunis Gülmalıyev (Abşeron)
3. Zidan Novruzov (Atasport), Məhəmməd Əsgərov (Qazax)
62 kq
1. Məhəmməd Abbaszadə (UGİM-5, ROİL)
2. Elçin Fərziyev (Lənkəran)
3. Ülfət Məmmədov (Pəhləvan), Hüseyn Cəbiyev (Abşeron)
68 kq
1. Fərid Cavadov (Gəncə)
2. Nihad Səfərli (Cəlilabad)
3. Rəhman Rzayev (Sərhədçi), Səməd Ləzgiyev (Qazax)
75 kq
1. Şeyxəli Babazadə (DİN)
2. İlqar Nəzərli (Abşeron)
3. Rauf Ramaldanov (Pəhləvan), Əhməd Lələyev (Zaqatala)
85 kq
1. Səid Paşayev (Pəhləvan)
2. Namiq Ələsgərov (Şəmkir)
3. Saməddin Babayev (Cəlilabad), Fərhad Süleymanov (Təhsil)
Yarışın 3-cü günündə yunan-Roma güləşi üzrə 5 çəkidə qaliblər müəyyənləşibsə, bu gün də ölkə çempionatına yekun vurulub. Medalçılar sırasında düşən idmançıların siyahısını təqdim edirik:
38 kq
1. Əli Sucayev (Sumqayıt-Təhsil)
2. Nicat İsgəndərli (Sumqayıt-Təhsil)
3. Şahid Nəbiyev (ROİL), Ayxan Ağayev (Göyçay)
41 kq
1. Turan Daşdəmirov (UGİM-10)
2. Əli Nəzərov (Pəhləvan)
3. Elçin Şəmiyev (Şuşa), Mehdi Əsgərli (Göyçay)
44 kq
1. Əmrah Əmrahov (Masallı)
2. Nihat Məhərrəmov (UGİM-2)
3. Adil İsmayılov (Sumqayıt-Təhsil), Səid Qurbanzadə (MOİK)
48 kq
1. Səyyad Nağızadə (ROİL-Sabirabad)
2. Nicat Dadaşov (Neftçi)
3. Nihat Tağıyev (Göyçay), Elşad Abbasov (UGİM-2)
52 kq
1. Ayxan Cavadov (Abşeron)
2. Hüseyn Ağayev (Lənkəran)
3. Nadir Məhiyev (ROİL), Cavidan Mirzəlizadə (ROİL)
57 kq
1. Yusif Əhmədli (ROİL)
2. Ramal Əliyev (UGİM-2)
3. Murad Balabəyov (ROİL-Sabirabad), Ülvi Dadaşov (Masallı)
62 kq
1. Cavad Məmmədov (UGİM-9)
2. Emil Abdullayev (UGİM-9)
3. Mədət Rəhimov (Sumqayıt-Təhsil), Oruc İbrahimxəlilov (Göyçay)
68 kq
1. Elnur Hüseynov (Sumqayıt)
2. Ayxan Əliyev (ROİL)
3. Fariz Qasımzadə (UGİM-5), Zaur Hüseynov (UGİM-10)
75 kq
1. Orxan Hacıyev (Spartak-Lənkəran)
2. Əli Mehdiyev (Sumqayıt-Zenit)
3. Aqil Babazadə (Lənkəran), Aymir Rüstəmov (Şəmkir)
85 kq
1. Fərhad Süleymanlı (Qusar)
2. Şaban Gəncəyev (Balakən-Neftçi)
3. Əli Bayramov (Sumqayıt-Təhsil), Fəxri Bəkirli (Göyçay)
İlk 3 yeri tutan güləşçilər Güləş Federasiyasının medalları, Gənclər və İdman Nazirliyinin diplomları ilə təltif edilib. Bundan başqa, çempionlara MOK-un xüsusi hədiyyələri təqdim olunub.
Çempionatda ilk 3 yeri tutan idmançılar sərbəst və yunan-Roma güləşi üzrə müvafiq milli komandalara cəlb olunub. Yığmalarımız iyulun 16-dan 19-dək Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək U-15 Avropa çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışı keçəcək.