- Offside
- 23:58 22.11.2024
Azərbaycanın əməkdar artisti Tünzalə Ağayeva “Minsk 2019” II Avropa Oyunlarının Ulduz səfiri elan olunub.
Corner.az xəbər verir ki, Belarusun Azərbaycandakı səfirliyində baş tutan tədbirdə bəsktəkar-müğənniyə bununla bağlı müvafiq sertifikat təqdim edilib.
Qeyd edək ki, Ağayevə əvvələr “Bakı 2015” I Avropa Oyunları, “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları və “Formula 1” üzrə Azərbaycan Qran-prisinin də Ulduz səfiri olub.
Minsk 2019” II Avropa Oyunları 21 - 30 iyunda keçiriləcək. 15 növ üzrə 199 dəst medal uğrunda yarışlara 50 ölkənin idmançıları qatılacaq. 8 növ üzrə mübarizə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. I Avropa Oyunları 2015-ci il 12 - 28 iyunda Bakıda təşkil olunub.