Para-üzgüçülük üzrə Azərbaycan yığmasının üzvü Roman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıb. Corner.az xəbər verir ki, 28 yaşlı idmançı 100 metrəyə arxasıüstə üzmədə 1:00.71 nəticə göstərərək finişə ikinci çatıb.
Xatırladaq ki, Roman Saley Tokio-2020 Yay Paralimpiya Oyunlarının 3 qat qalibidir.