- Offside
- 23:17 29.10.2024
“Finalda qol vurmaq hər bir futbolçunun arzusudur. Xüsusən də, bunun qələbə qolu olması”.
Corner.az-ın məlumatına görə, bunu Slovakiyanın Koşitse şəhərindəki Avropa çempionatında qızıl medal qazanmış minifutbol üzrə Azərbaycan millisinin üzvü Seymur Məmmədov Heydər Əliyev Beynəlxalq aeroportunda jurnalistlərin suallarını cavablandırarkən deyib.
Avropa çempionatının final matçında Rumıniya üzərində qələbə qazandıran qolun müəllifi keçirdiyi hissləri bölüşüb: "Rumıniya altıqat Avropa çempionudur. Bu cür komandaya qol vurmaq çox sevindiricidir. Çempion olmaq böyük sevinc hissidir. Azərbaycan xalqının dəstəyi bu uğurumuzda böyük rol oynadı. Bizə dayanmadan mesajlar yazırdılar, dəstək olurdular. Hər birinə təşəkkür edirəm, var olsunlar”.
Qeyd edək ki, Seymur Məmmədov Rumıniya ilə görüşün 25-ci dəqiqəsində vurduğu qolla Azərbaycan millisi Avropa çempionluğu qazanıb.(report)