Kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvləri Vüqar Bayramovla Aqil Ağazadə Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəliyi Oyunlarına hazırlığı dəyərləndiriblər. Corner.az xəbər verir ki, onlar Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamalarında bunları söyləyiblər:
Vüqar Bayramov: “Bu il Qazaxıstanın “Taraz” klubunda çıxış edirdim. Çempionat oyunları gec başa çatdığına görə bir neçə gündür ki, milli komandanın məşqlərinə qoşulmuşam. Bizi iki böyük yarış gözləyir. Çalışacağıq ki, hər iki yarışda bizə olan etimadı doğruldaq. Komandamıza uğurlar arzu edirəm”.
Aqil Ağazadə: “Avropa çempionatının təsnifat mərhələsində güclü komandalara qarşı mübarizə aparacağıq. Çalışacağıq ki, bu görüşlərdə qələbə qazanaq. İslam Həmrəyliyi Oyunlarındakı rəqiblərimiz isə hələ ki, məlum deyil. İnanıram ki, bu yarışda da uğurlu çıxış edəcəyik və gözəl nəticələrlə xalqımızı sevindirəcəyik”.