30 oktyabr 2024. Çərşənbə

FİFA-dan milli üzvünə 18 aylıq cəza


  • Offside
  • 11:35 14.06.2022
  • Oxunma sayı: 78
FİFA-dan milli üzvünə 18 aylıq cəza
FİFA Fil Dişi Sahili millisinin qapıçısı Silven Qbouonu 18 ay müddətinə futboldan kənarlaşdırıb. Corner.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti məlumat yayıb.
 
Məlumatda, FİFA İntizam Komitəsinin belə sərt cəza tətbiq etməsinə 33 yaşlı qolkiperin antidopinq qaydalarını pozmasının səbəb olduğu vurğulanıb. Qbouonun 2021-ci il noyabrın 16-da DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan Kamerunla oyundan (0:1) sonra verdiyi dopinq testdə FİFA-nın stimullaşdırıcı kimi təsnif etdiyi antianginal dərman olan trimetazidin aşkar edilib. Qapıçının cəza müddəti FİFA İntizam Komitəsinin sədri tərəfindən futbolçunun müvəqqəti olaraq futboldan uzaqlaşdırıldığı 23 dekabr 2021-ci ildən hesablanır.
 
Qadağa bütün növ oyunlara, o cümlədən ölkədaxili, beynəlxalq, yoldaşlıq və rəsmi oyunlara şamil edilir.






Offside