30 oktyabr 2024. Çərşənbə

Azərbaycan üzgüçüləri Xorvatiyada 27 medal qazandı


  • Offside
  • 13:49 14.06.2022
  • Oxunma sayı: 96
Azərbaycan üzgüçüləri Xorvatiyada 27 medal qazandı
Azərbaycanın üzgüçülük üzrə milli komandası 9-13 iyun tarixlərində “Golden Orlando” adlı beynəlxalq turnirdən Vətənə 27 medalla dönüb. Corner.az xəbər verir ki, 11 nəfər heyətlə Xorvatiyanın Dubrovnik şəhərinə yola düşən idmançılarımız yarışı 10 qızıl, 10 gümüş və 7 bürünc medalla tamamlayıblar.
 
Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə, turnirdən sonra millinin iki üzvü - Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangah baş məşqçi Rəşad Əbdürəhmanovun rəhbərliyi altında Macarıstanın Györ şəhərində bu ölkənin yığması ilə birgə təlim-məşq toplanışına qatılacaq. Toplanış bitdikdən sonra hər iki idmançı iyunun 18-23-də Macarıstanda təşkil olunacaq dünya çempionatında iştirak edəcək.






Offside