Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev yenidən Azərbaycan Pauerliftinq Federasiyasının 1-ci vitse-prezidenti seçilməsi haqda yayılan xəbərlər doğru deyil. Corner.az xəbər verir ki, bu haqda MOK-un mətbuat xidməti məlumat yayıb.
Ümumiyyətlə, son günlər Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevə müxtəlif federasiyalarda vəzifə verilməsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Qeyd etmək istəyirik ki, MOK-un baş katibi Azər Əliyev heç bir federasiyada vəzifə tutmur.