- Offside
- 23:58 22.11.2024
"Porto”nun qapıçısı İker Casillas məşq zamanı infarkt keçirib.
Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, sinəsində kəskin ağrı hiss edən ispaniyalı qolkiperin halı pisləşib. Xəstəxanaya aparılan 37 yaşlı qapıçı kiçik cərrahi müdaxilə edilib. Onun hazırda həyati təhlükəsinin olmadığı bildirilib.
Təcrübəli qapıçının bu mövsüm daha oynamayacağı qeyd olunub.