24-26 iyun aralığında Monqolustanın paytaxtı Ulan-Bator şəhərində “Böyük Dəbilqə” turniri keçiriləcək. Corner.az xəbər verir ki, Azərbaycanı bu turnirdə bir xanım cüdoçu təmsil edəcək.
Bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Belə ki, -48 kq çəki dərəcəsində yarışan Leyla Əliyeva bu turnirdəki yeganə təmsilçimiz olacaq.
Turnirə dünyanın 30 ölkəsindən 272 idmançı qatılacaq.