30 oktyabr 2024. Çərşənbə

25 manata hər kəs üzə bilər - nazirliyin yarışında


  • Offside
  • 16:33 17.06.2022
  • Oxunma sayı: 93
25 manata hər kəs üzə bilər - nazirliyin yarışında
Su idmanı növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyi dənizdə (açıq suda) üzmə yarışı keçirəcək. Corner.az xəbər verir ki, nazirliyin yeni layihəsi olan “Xəzər dalğası” kütləvi yarışı iyunun 26-da Pirallahı qəsəbəsi, Nərəkənd parkında peşəkarlar və həvəskarlar arasında, 5 yaş qrupunda (10-17, 18-29, 30-39, 40-49 və +50 yaş) təşkil ediləcək.
 
Yarış zamanı müxtəlif su idman növləri üzrə nümunəvi çıxışlar sərgilənəcək.
 
Üzməyi bacaran hər kəs yarışda iştirak edə bilər. Bunun üçün qeydiyyatdan keçmək və 25 manat iştirak haqqı ödəmək tələb olunur. Həmçinin xeyriyyə məqsədi daşıyan yarışdan əldə edilən vəsait “Kür” Olimpiya Tədris-İdman Mərkəzində şəhid övladları üçün üzgüçülük və avarçəkmə idman növləri üzrə yay düşərgəsinin təşkilinə sərf ediləcək.
 
Açıq suda üzgüçülük yarışları açıq su hövzələrində (çaylar, göllər, dənizlər və okeanlar) müxtəlif məsafələrə təşkil olunur.






Offside