3 fevral 2026. Çərşənbə axşamı

Teymur Rəcəbov heç-heçə ilə başladı


  • Offside
  • 00:37 18.06.2022
  • Oxunma sayı: 127
Teymur Rəcəbov heç-heçə ilə başladı
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində ilk görüşünü keçirib. Corner.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 1-ci turda Fransanı təmsil edən Alireza Firuzca ilə qarşılaşıb.
 
Ağ fiqurlarla oynayan Rəcəbov 71-ci gedişdə rəqibi ilə sülhə razılaşıb.
 
İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək






Offside