Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatı davam edir. Corner.az xəbər verir ki, yarışın 4-cü günündə əvvəlcə kişi şpaqaçıların şəxsi yarışında mübarizəyə start verilib.
Azərbaycan təmsilçilərindən Kənan Əliyev (3 qələbə) və Barat Quliyev (3 qələbə) qrup mərhələsini uğurla adlayıb. Ruslan Həsənov ( 1 qələbə) isə mübarizəni erkən dayandırıb.
Barat Quliyev pley-offda isveçli Conatan Svensonna 10:15 hesabı ilə uduzub. Kənan Əliyev isə pley-offda eston Sten Prinitsə 9:15 hesabı ilə məğlub olub. Kişi şpaqaçılarımız iyunun 22-də komanda yarışında qüvvəsini sınayacaq.
Bu gün həmçinin qadın sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşəcək.