Türkiyənin Konya şəhərində ISSF qran-prisi keçirilir. Corner.az xəbər verir ki, azərbaycanlı stend atıcısı Nurlana Cəfərova bu yarışın bürünc medalını qazanıb.
O, “dairəvi stend” üzrə qadınlar arasında mübarizədə 3-cü yeri tutub.
Daha öncə qarışıq komanda yarışında Əli Hüseynli və Alina Rəfixanova bürünc medal qazanmışdılar.