Basketbol üzrə Azərbaycanın U-18 yığmasının Türkiyənin İstanbul şəhərindəki təlim-məşq toplanışı davam edir. Corner.az xəbər verir ki, Avropa çempionatına hazırlaşan komanda toplanış çərçivəsində növbəti yoxlama görüşünə çıxıb.
Azərbaycanın U-18 millisinin üzvləri bu dəfə “Kadıköy CSKA” komandası ilə üz-üzə gəlib. Millimiz bu görüşdə də 73:68 hesablı qələbəyə sevinib.
Azərbaycan yığmasının ən məhsuldar basketbolçusu 21 xalla Əli Həsənov seçilib. Qarşılaşmanı Hüseyn Qasımov 15 xal, Səid İsmayılov isə 13 assist ilə tamamlayıblar.
Xatırladaq ki, U-18 bu toplanışdakı ilk sınaq matçında yerli “Darruşafaka” klubunun U-18 komandasına 68-61, “Dostluk” kollektivinə isə 90-74 hesabı ilə qalib gəlmişdi.