30 oktyabr 2024. Çərşənbə

İslamiadadan yaxşı nəticələrlə dönəcəyik


  • Offside
  • 14:40 22.06.2022
  • Oxunma sayı: 104
İslamiadadan yaxşı nəticələrlə dönəcəyik

"İyunun 14-dən millinin məşqlərinə qoşulmuşam. Ayın sonunadək əsasən fiziki və fərdi şəkildə texniki hazırlığa diqqət yetirəcəyik. Məşqlərə qoşulduğum gündən etibarən çalışıram ki, tam formamı yığım".

Corner.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin qadın voleybolçusu Marqarita Stepanenko federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, qarşıda komandanı V İslam Həmrəyliyi Oyunları və Avropa çempionatının təsnifat mərhələsi gözlədiyini bildirib: "Bu yarışların vacibliyini dərk edirik. Çalışacağıq ki, özümüzü yaxşı tərəfdən göstərək".

Bir neçə gündən sonra millinin təlim-məşq toplanışı Mingəçevirdə davam edəcək. Həmin 10 günlük hazırlıqda kollektiv məşqlərə üstünlük veriləcək.

Stepanenkonun sözlərinə görə, bu toplanışdan sonra komandadakı çatışmazlıqlar tam aydın bilinəcək: "İyulda bir neçə aparıcı voleybolçumuzun da məşqlərə qoşulması gözlənilir. Düşünürəm ki, qarşıdakı yarışlarda uğurlu çıxış edəcək və Vətənə yaxşı nəticələrlə dönəcəyik".







Offside