30 oktyabr 2024. Çərşənbə

Azərbaycan cüdoçusu erməniyə qalib gələrək, finala yüksəldi


  • Offside
  • 17:02 23.06.2022
  • Oxunma sayı: 90
Azərbaycan cüdoçusu erməniyə qalib gələrək, finala yüksəldi

Azərbaycan cüdoçusu Şahin Orucov Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Corner.az-ın məlumatına görə, 55 kq-da mübarizə aparan idmançı yarımfinalda ermənistanlı Vahe Aqasyanla qarşılaşıb. Rəqibinə qalib gələn Orucov həlledici görüşə vəsiqə qazanıb.

Qadınların mübarizəsində isə Aydan Vəliyeva qızıl medal uğrunda yarışacaq. 48 kq-da çıxış edən idmançının finaldakı rəqibi isveçli Tara Babulfat olacaq.

50 kq-da Məhəmməd Məmişov finala gedən yolda fransalı Kays Gettari, 60 kq-dakı Nizami İmranov isə ukraynalı Nazar Viskovu sınağa çəkəcək.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan 6 cüdoçudan 2-si - Xalid Məmmədov (50 kq) və Xumar Qasımzadə (44 kq) isə yarışı medalsız başa vurub.







Offside