Futbol üzrə İspaniya millisinin və Madrid “Real”ının sabiq yarımmüdafiəçisi Xavi Qarsiya karyerasını başa vurub. Corner.az xəbər verir ki, təcrübəli futbolçu 35 yaşında buna qərar verib.
Xavinin son klubu 2020-ci ildən formasını geyindiyi Portuqaliya “Boavişta”sı olub. Madrid “Real”ının yetirməsi olan futbolçu, doğma komandasından başqa “Osasuna”, “Benfika”, “Mançester Siti”, “Zenit” və “Betis”də də forma geyinib. Dayaq yarımmüdafiəçisi İspaniya millisində də 2 matça çıxıb.