28 noyabr 2024. Cümə axşamı

İslamiadada yaxşı çıxış edəcəyimizə inanıram


  • Offside
  • 14:40 24.06.2022
  • Oxunma sayı: 73
İslamiadada yaxşı çıxış edəcəyimizə inanıram

"İnanıram ki, həm İslamiadada, həm də 2023-cü il Avropa çempionatının təsnifat oyunlarında yaxşı çıxış edəcəyik. Komandamıza uğurlar arzulayıram".

Corner.az-ın məlumatına görə, bunu Azərbaycan millisinin qadın voleybolçusu Kristina Besman federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, klub yarışları gec başa çatdığı üçün yığmanın məşqlərinə vaxtında qoşula bilmədiyini söyləyib: "Mövsüm bitdikdən sonra qısa müddət olsa da, zədələrimin müalicəsinə vaxt ayırdım. Hələ də müalicə davam edir və bir neçə günə hər şey arxada qalacaq. İslamiadanın və Avropa təsnifat mərhələsinin oyunlarının məsuliyyətini hiss edirəm. Bu səbəbdən, hər bir məşqdə iştirak etməyə çalışıram".

Besman, təlim-məşq toplanışının iyunun 25-dən Mingəçevirdə davam edəcəyini bildirib: "Yaxın günlərdə bir neçə aparıcı voleybolçumuzun da bizə qoşulacağı gözlənilir. İyulda əsas üstünlük komanda şəklində məşqlərə və yoxlama oyunlarına veriləcək".







Offside