- Offside
- 22:48 26.11.2024
Azərbaycanın qadın cüdoçusu Fidan Əlizadə Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
Corner.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada macarıstanlı İnes Boqnarı sınağa çəkib.
Rəqibini ipponla məğlub edən Əlizadə Avropa çempionu olub.
***
Azərbaycan 2 cüdoçusu Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Corner.az-ın məlumatına görə, 66 kq-da çıxış edən Nicat Nağıyev və 73 kq çəki dərəcəsindəki Əbil Yusubov 3-cü yeri tutublar. Onlar müvafiq olaraq, fransalı Aleksis Renar və italiyalı Federiko Bosisə qalib gəliblər.
Bu gün, həmçinin, kişilərdən Əli Hacızadə (73 kq) bürünc, qadınlardan Fidan Əlizadə (57 kq) isə qızıl medal uğrunda yarışacaq.
Qeyd edək ki, ilk yarış günündə Şahin Orucov (55 kq), Nizami İmranov (60 kq) qızıl, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq) isə bürünc medal əldə edib.