28 noyabr 2024. Cümə axşamı

Qazaxıstan klubu Bakıda darmadağına sevindi


  • Offside
  • 23:46 25.06.2022
  • Oxunma sayı: 102
Qazaxıstan klubu Bakıda darmadağına sevindi
UEFA Region Kubokunun Azərbaycanda təşkil olunmuş ilkin seçmə mərhələsinin 1-ci qrupunda növbəti oyun keçirilib. Corner.az xəbər verir ki, Estoniya təmsilçisi “Tallinna Zapoos” Qazaxıstanın “Kaskelen” komandası ilə üz-üzə gəlib.
 
Qarşılaşmanı Azərbaycan və Sloveniyadan olan hakimlər briqadası idarə edib. FİFA referisi Elçin Məsiyevin baş hakim olduğu matçda Qazaxıstan təmsilçisi 5 cavabsız qolla qələbə qazanıb.
 
Bu qrupda daha öncə keçirilmiş ilk oyunda “Tallinna Zapoos” Gürcüstan təmsilçisi “Basiani”yə də 1:3 hesabıyla uduzmuşdu. Qrupun sonuncu matçı iyunun 27-də “Kaskelen” və “Basiani” arasında baş tutacaq. Hazırda 3 xalı olan bu iki komandadan qalib gələn tərəf qrup qalibi kimi ilkin mərhələnin finalına vəsiqə qazanacaq.
 
İlkin mərhələnin digər qrupunda cəmi iki komanda mübarizə aparır: Azərbaycan çempionu “Cəbrayıl” və Belarusun “Kolos” komandası. Bu komandaların ilk oyununda “Kolos” 2:1 hesablı qələbəyə sevinib. Cavab görüşü sabah keçiriləcək.
 
Azərbaycanda təşkil olunmuş ilkin mərhələnin qalibi iyunun 29-da Şamaxıda baş tutacaq final matçında müəyyənləşəcək.
 
UEFA Region Kuboku
İlkin mərhələ, 1-ci qrup
25 iyun
 
Tallinna Zapoos – Kaskelen 0:5
Baş hakim: Elçin Məsiyev (Azərbaycan)
Baş hakimin köməkçiləri: Elşad Abdullayev (Azərbaycan), David Gabrovec (Sloveniya)
Dördüncü hakim: David Smayc (Sloveniya)
ASK Arena. Saat 16:00.






Offside