30 oktyabr 2024. Çərşənbə

İdman hamı üçün layihəsi çərçivəsində veloyürüş keçirildi


  • Offside
  • 21:35 26.06.2022
  • Oxunma sayı: 107
İdman hamı üçün layihəsi çərçivəsində veloyürüş keçirildi

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Bakı Konqres Mərkəzinin qarşısında "İdman hamı üçün" layihəsi çərçivəsində veloyürüş keçirilib.

Nazirliyin Mətbuat Xidmətindən Corner.az-a verilən məlumata görə, yürüşdə 100-dək idmançı və həvəskar velosipedçilər iştirak ediblər. İştirakçılar Mərkəzin qarşısındakı parkın ətrafında dairəvi hərəkət ediblər.

Peşəkar velosipedçilər isə parkda nümunəvi hərəkətlər nümayiş etdiriblər.

Qeyd edək ki, kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.







Offside