Bosniya və Herseqovinada keçirilən gənclər arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub. Corner.az xəbər verir ki, Azərbaycan turnirdə gənc qız və oğlanlardan ibarət 7 idmançı ilə təmsil olunub.
48 kq çəki dərəcəsindəsində yarışan idmançımız Könül Əliyeva turniri gümüş medalla başa vurub. 63 kq-da yarışan Aytac Qardaşxanlı isə Avropa kubokunun bürünc medalını qazanıb.
Beləliklə, Azərbaycan yığması Banya Lukada ümumilikdə 2 medal qazanıb.