30 oktyabr 2024. Çərşənbə

Rəcəbovdan Firuzca ilə növbəti heç-heçə


  • Offside
  • 11:34 27.06.2022
  • Oxunma sayı: 108
Rəcəbovdan Firuzca ilə növbəti heç-heçə
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib. Corner.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 8-ci turda qara fiqurlarla Fransa təmsilçisi Alireza Firuzca ilə üz-üzə gəlib. Matç 93-cü gedişdə “sülh”lə yekunlaşıb.
 
Bu turnirdə qələbəyə həsrət olan Teymur 2 və 7-ci turlarda ABŞ təmsilçiləri Hikaru Nakamura və Fabiano Karuanaya uduzub, qalan bütün görüşlərində isə heç-heçəyə razılaşıb.
 
Azərbaycan şahmatçısı hazırda 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider 6 xala sahib Yan Nepomnyaşidir.
 
Dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarət olacaq. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.
 
İddiaçılar Turniri
8-ci tur
25 iyun
 
Alireza Firuzca (Fransa) - Teymur Rəcəbov (Azərbaycan) 0,5;0,5
Yan Nepomnyaşi (FIDE) - Dinq Liren (Çin) 0,5:0,5
Rixard Rapport (Macarıstan) - Yan-Kşiştof Duda (Polşa) 1:0
Hikaru Nakamura (ABŞ) - Fabiano Karuana (ABŞ) 1:0
 
Xal durumu: Nepomnyaşi - 6, Karuana - 5, Nakamura - 4,5, Rapport - 4, Liren - 3,5, Duda, Rəcəbov, Firuzca - 3.






Offside