30 oktyabr 2024. Çərşənbə

Rəcəbovdan İddiaçılar Turnirində ilk qələbə


  • Offside
  • 22:00 27.06.2022
  • Oxunma sayı: 84
Rəcəbovdan İddiaçılar Turnirində ilk qələbə

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində ilk qələbəsini qazanıb.

Corner.az-ın məlumatına görə, bu, 9-cu turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşmaya təsadüf edib.

Ağ fiqurlarla oynayan 35 yaşlı qrossmeyster 41-ci gedişdə rəqibi təslim olmağa məcbur edib. Bu qələbə ilə Rəcəbov həm də Nakamuradan ilk dövrədəki məğlubiyyətin əvəzini çıxıb.

Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa) ilə 2 dəfə, Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə 1 dəfə heç-heçə edib, Nakamura və Fabiano Karuanaya (hər ikisi ABŞ) isə uduzub. 9 turdan sonra onun aktivində 4 xal var.







Offside