Qadın həndbolçular arasında 2023-cü il dünya çempionatının 1-ci təsnifat mərhələsinin püşkü atılıb. Corner.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada keçirilən mərasimdə Azərbaycan millisinin də rəqibi bəlli olub.
Yığmamız bu raundda Portuqaliya ilə qarşılaşacaq. Bu rəqiblə ilk görüş noyabrın 2-si və ya 3-də Bakıda, cavab matçı isə 1 həftə sonra səfərdə olacaq.
1-ci təsnifat mərhələsində 18 komanda mübarizə aparacaq. 9 cütün qalibi pley-offa yüksələcək.