- Offside
- 23:30 04.12.2025
Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev növbəti uğura imza atıb.
Corner.az-ın məlumatına görə, o, Qətərdə keçirilən "Daimond League” turnirində 200 metr məsafədə 19.99 saniyəlik dərəcə ilə birinci olub.
Ramil bu nəticə ilə 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.